Suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq

Dünya

26 Mart 2019 18:07 879


Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq. Dominos pizza

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!