Surqutdakı dəhşətli QƏTL: Azərbaycanlını reket azərbaycanlı öldürüb   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Surqutdakı dəhşətli QƏTL: Azərbaycanlını reket azərbaycanlı öldürüb - Foto

Kriminal

29 Avqust 2024 13:02 1106


Xəbər verdiyimiz ki, ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib. 

Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib. 

Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub, Ağsu rayonundan olan cinayətkarın Surqutda reketliklə məşğul olduğu iddia edilir. Sezar pizza

Qeyd olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq - pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb. 

Qeyd edək ki, Allahqulu Səfərovun atası Əlihüseyn Səfərov Şatıroba kəndində xeyriyyəçiliklə məşğuldur, kənddə yeni məscid tikdirib, imkansız ailələrə dəstək olur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!