Sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? -   DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - DİN-dən açıqlama

Avto

08 Sentyabr 2020 14:38 1967


Cəlilabad rayon sakini Saməddin Məmmədovun uzaq qohumu olan M.Cəfərovun rayonun vəzifəli şəxslərindən birinin xidməti avtomobilinin yanından sürətlə ötüb keçdiyi üçün saxlanıldığı barədə iddialar qərəzlidir və heç bir əsası yoxdur.

Yenisabah.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Bildirilir ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “vaz-2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb. pizza mizza

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materillar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini boynuna alıb, əməlindən peşman olduğunu bildirib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!