Sürücülərə bu tələni kim qurub? 

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə bu tələni kim qurub? 

Avto

16 Fevral 2024 09:09 6549


Bakının, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində üç yolun kəsişməsində çəkilən dairə yolda hərəkəti iflic edir.

Sürücülər bildiriblər ki, sözügedən dairə çəkildikdən sonra ərazidə hər gün yol-nəqliyyat hadisələri baş verir:

“Bu dairə çəkiləndən yol bərbad haldadır. Orada işarə də var, heç kim fikir vermir. Camaat çox əziyyət çəkir. Üçtərəfli yoldur, piyada keçidi də var. Dairə burada heç nəyə lazım deyil, fikir verən də yoxdur. Kim gəldi keçir”. pizza mizza

Maraqlıdır ki, ərazidə dairəvi hərəkəti göstərən heç bir nişan yoxdur, amma geriyə dönmək qadağandır nişanı quraşdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar.

Ərazidə asfalt örtüyünə çəkilən dairəyə gəldikdə isə qurumdan bildirilib ki, orada dairəvi hərəkəti göstərən heç bir nişan quraşdırılmadığı üçün yerə çəkilən dairənin də heç bir qüvvəsi yoxdur.

Ətraflı Baku TV-nin süjetində:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!