Sürücülərə pis xəbər: Arxa yan şüşələrdəki plyonkalar sökülə bilər

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə pis xəbər: Arxa yan şüşələrdəki plyonkalar sökülə bilər

Avto

11 Oktyabr 2021 21:58 7171


Avtomobillərin arxa yan şüşələrinə plyonkaların vurulması ilə bağlı bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılmışdı.

Yenisabah.az xəbər verir ki, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilib.

Xatırladaq ki, aprel ayında Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Bu sərəncamın üzərindən 5 aydan çox keçməsinə baxmayaraq plyonka məsələsi hələ də açıq qalıb. Bu zaman ərzində isə minlərlə sürücü avtomobilin arxa yan şüşələrinə tündlüyü 100 faiz olan plyonka çəkdirib. Lakin Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumlarından biri avtomobillərə vurulan plyonkanın faizinin aşağı endirilməsi ilə bağlı Nazirlər Kabinetinə təklif göndərib. Təklifdə göstərilib ki, həmin plyonkaların tündlüyü 60-70 faizdən yuxarı olmasın. Guya tünd şüşələr qəzalara səbəb olur və ya qayda pozuntularının aşkarlanmasına çətinlik yaradır. Dominos pizza

Qeyd edək ki, bu təklif məqbul hesab edilərsə sürücülər həmin plyonkaları söküb daha az faizli plyonka vurmalı olacaq. Nəticədə yenə də plyonka biznesi ilə məşğul olanlar yaxşı qazanc əldə etmiş olacaq./Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asim Seferov
    Bizim bu mənasız düşüncələrimiz görəsən hacan bitəcək. Hansı sürücü arxa yan şüşələrə baxaraq avtomobil idarə edir mənə maraqlıdır. Bəs onda niyə yük avtomobili sürənlər hər gün qəza etmir.? Ehhhh əşi neyse. Qaldı ki yaxşıca qazanc əldə etmək. Qoy etsin də, burda pis nə var ki ? Öz millətimiz qazansın təki . Uğurlar hər kəsə
    5 years ago