Sürücülərə pis xəbər: Mühərrik yağları kəskin bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə pis xəbər: Mühərrik yağları kəskin bahalaşdı

Avto

23 May 2022 09:12 7135


Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir.

Əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir.  pizza

Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır.

Yağ satışı ilə məşğul olan Nicat Sultanlı hesab edir ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.

Sahibkar Əfqan Əsədov hesab edir ki, dünyada neft və neft məhsullarının qiymətində artım müşahidə edilərsə, bahalaşma davam edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!