Sürücülərin DİQQƏTİNƏ – Maşında bunlar olmasa cərimələnəcəksiniz!

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin DİQQƏTİNƏ – Maşında bunlar olmasa cərimələnəcəksiniz!

Avto

30 Yanvar 2024 14:24 28022


Avtomobillərdə sürücülərdən tələb olunan və əks təqdirdə cərimə tətbiq olunan əşyalardan biri də aptekçə (tibb qutusu) hesab olunur. 

Bir çox hallarda təyin olunan dərman siyahısından əksik olduğu üçün sürücülər cərimələnərək çətinliklə üzləşir. Qeyd edək ki, bununla bağlı icbari cərimə 10 AZN təşkil edir. 

Yenisabah.az avtomobil sahibləri üçün tələb olunan apteçkənin tərkibində olan dərman vasitələri, tibbi ləvazimatlar və onların qiymətlərini oxuculara təqdim edir: pizza sifarişi

Analgin 0.5 №10 – 0.31 AZN

Portativ hipotermik (soyuducu) paket-konteyner – 0.8 AZN

Natrium sulfasil məhlulu – 1.50 AZN

Aspirin – 4.09 AZN

Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 2.10 AZN

Steril bint 10x5 – 0.45 AZN

Qeyri-steril bint 10x5 – 0.80 AZN

Qeyri-steril bint 5x5 – 0.40 AZN

Çirkli yaraları sarımaq üçün dioksidinli və ya gümüş nitratlı 8x10 sm. ölçüdə MAQ atravmatik sarğısı – 6 AZN

Bakteresid leykoplastr 25x72 yaxud 2x5 – 1.2 AZN

Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 və 10x18 sm. ölçüdə furaginli “Koleteks QEM” steril salfetləri, yaxud statin (toz halında) 1.0 q – 3 AZN

5%-li yodun, yaxud 1%-li biriliant abısının məhlulu (zelyonka) – 1.19 AZN

1x500 və ya 2x500, yaxud 1x5250 sm ölçüdə leykoplaster – 0.50 AZN

Qeyri-steril boruşəkilli tibbi elastik bint №1.3.6 – 0.80 AZN

Pambıq 50 q – 1.75 AZN

Nitroqliserin həbləri N%40 yaxud kapsulu №20 (trinitroloq) – 1.20 AZN

Valideol (tabletka yaxud kapsula) – 0.70 AZN

Süni nəfəs vermək üçün alət – 3 AZN

Ammiak məhlulu (naşatır spirti) – 1 AZN

Enterodez yaxud aktivləşdirilmiş kömür  №10 – 0.20 AZN

Korvavol – 0.56 AZN

Küt uclu qayçı – 1.60 AZN

Plastmas futlyar – 1.70 AZN

Aptekçənin özü – 5-82 AZN arası 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Röyal Beshirov Sədaqət
    Hadisə olan zamanda heç bir halda aptecka yada duwmeyir.hesabladim 36 manat etdi. Cerimelemek üçün bilmirsiniz ne edəsiniz. Olarmı bu apteckani və ləvazimatları dövlət tərəfindən aidiyyatı olan mərkəzi xəstəxanalar təmin etsinlər.???axı biz neft qaz ölkəsində yaşayırıq.milletimiz acından qirilsada ,imkanlı ölkələr arasında yerimiz var
    2 years ago