Sürücülərin nəzərinə -   Bu ərazidə hərəkət qaydası dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə - Bu ərazidə hərəkət qaydası dəyişdi

Hadisə

20 Fevral 2026 10:47 350


Bakının Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan ərazisində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik qüvvəyə minib.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Küçənin paralel hissəsində isə nəqliyyat vasitələrinin əks istiqamətdə hərəkəti mümkün olacaq. pizza

Məlumata görə, edilən dəyişiklik nəticəsində küçənin buraxıcılıq qabiliyyəti artırılıb.

Qeyd olunub ki, ərazidə işlər davam edir və sürücülərə yeni hərəkət sxeminə uyğun davranmaları, yol nişan və xətlənmələrinə diqqət yetirmələri tövsiyə olunur.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də dəyişikliklə bağlı məlumat yayıb. Bildirilib ki, ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!