SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Sosial

29 Aprel 2025 00:34 863


Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur? pizza

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

"Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur".

Hüquqşünas Hikmət Əliyev isə qeyd edib ki, sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!