Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol nişanları dəyişdi - Cərimələnə bilərsiniz   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol nişanları dəyişdi - Cərimələnə bilərsiniz Fotolar

Avto

02 Dekabr 2019 17:00 5404


Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, Kənar Dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə  hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər.

Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı. Tıxacın qarşısını almaq məqsədi ilə dairənin Yeni Yasamaldan gələn hissəsinə 2.1 baş yol nişanı, həmin kəsişmədə isə dairə boyunca hərəkət edənlərə (dairənin daxilində) 2.4 yol ver nişanı quraşdırılıb. Digər iki istiqamətdən dairəyə daxil olan nəqliyyat vasitələri üçün isə əvvəlki hərəkət rejimi dəyişməz olaraq qalır. pizza hut

Sürücülərə tövsiyə edirik ki, həmin yolda hərəkət edən zaman yol nişanlarına diqqət etsinlər və qaydaları pozmasınlar. /avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!