Sürücülərin NƏZƏRİNƏ: Bu cərimələri ləğv etdirə bilərsiniz - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bu cərimələri ləğv etdirə bilərsiniz - VİDEO

Avto

15 Fevral 2022 08:28 4039


İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi?

“Yeni Sabah” xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir.

Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər. Dominos pizza

Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.

Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!