Sürücülərin nəzərinə: Bu ödənişlərin məbləği dəqiqləşdi

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə: Bu ödənişlərin məbləği dəqiqləşdi

Avto

31 Yanvar 2024 13:09 10352


Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Dominos pizza

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!