Sürücülərin NƏZƏRİNƏ! - Bunu etməsəniz 50 AZN cərimələnəcəksiniz 

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ! - Bunu etməsəniz 50 AZN cərimələnəcəksiniz 

Avto

18 Dekabr 2022 10:22 6757


Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

Bu, Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur. Dominos pizza

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Xəzər TV-yə deyib ki, qüvvədə olan qanunvericilikdə təyin edilən müddət dəyişdirilməyib. İndi sadəcə dövlət qeydiyyatı ilə bağlı müddəa daha da dəqiqləşdirilib və rəng amili açıq formada göstərilib.

Ekspert tövsiyə edir ki, mütləq sürücülər rəng dəyişəndən sonra verilən müddət ərzində müraciət etsinlər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyşikliklər yanvarın 1-dən qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinə görə, əgər rəng dəyşikliyi ediləndən 10 gün müddətinə avtomobil dövlət qeydiyyatına təqdim edilməsə, sahibi 50 manat məbləğində cərimə ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!