Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq...

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq...

Avto

27 Noyabr 2025 08:13 13905


Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır.

Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur: pizza

“Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”.

Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb:

“İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tebriz
    Heç bir ölkədə bu sənəd istifadə olunmur bizdə amma pul yığmaq xatirinə hələdə var
    6 months ago