Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar

Avto

22 Dekabr 2023 20:27 62874


Xəbər verdiyimiz kimi, avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqlənib. 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək qərara əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Nəqliyyat məsələləri üzrə eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklikləri haqda “Yeni Sabah”a fikirlərini bildirib:

“Utilizasiya prosesi ilə bağlı başlanğıc nöqtə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023-cü illəri əhatə edən “yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı” sayılır. Bu sənəddə göstərilir ki, istismara yararsız, köhnə avtomobillərin utilizasiyası həyata keçirilsin. Bununla bağlı 4 ildən çox vaxt keçəndən sonra nəhayət proqram təsdiqləndi. Baş nazirin qərarı ilə utilizasiya prosesinə start verilir. Digər qurumlar da öz üzərinə düşən işləri yerinə yetirəcəklər. Bunlardan biri də Daxili İşlər Nazirliyidir. Həmin qurum utilizasiya haqqının ödənilməsi ilə bağlı qaydaları təsdiqləyib. Texniki baxış zamanı vətəndaşlar əlavə olaraq avtomobilin ilinə görə 30 manatdan 40 manata qədər əlavə rüsum ödəyəcəklər. Bu utilizasiya fonduna köçürüləcək məbləğdir və yol polisinə, DİN-ə heç bir aidiyyatı yoxdur. Bu məbləğ fondda toplanaraq, gələcəkdə avtomobillərini utilizasiyaya verən şəxslər üçün ayrılacaq. Proses bununla bağlıdır və texniki baxışa heç bir aidiyyatı yoxdur”. Pepperoni pizza

Ekspert istismar müddəti bitən avtomobilləri yeriyən tabut adlandırıb:

“Köhnə avtomobillərin istismardan yığışdırılması müsbət haldır. Hər kəs bunu istəyir. Çünki ölkədə baş verən yol qəzalarının 70 faizdən çoxu köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu nəqliyyat vasitəsi yox, yeriyən tabutlardır. Həmin səbəbdən istismar müddətini başa vurmuş avtomobillərdən yaxa qurtarmaq lazımdır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nuru
    Qaz 31 hamisindanda yaxshidir hele gormemishemki qaz 31 hadise toredib
    11 months ago
  • Xeyyam
    İli 2004 mator 1.6 marka 099 texniki baxşın qiyməti nə qədər tutur?
    11 months ago
  • Baba
    Ekspertin basi gedib ili kohne olan masinlar ili tezelerden qat-qat yuksekdir. Teze masinlar salfetka kimi demiri var. Hemde plasmas. Ne var kohnelerde var
    2 years ago
  • Orxan
    Utilizasiya ödənilən pul pensiya kapitalına ödənilən pul kimidi.
    2 years ago
  • Esqin
    Keçi can hayindadir QƏSSAB PİY AXTARİR .heç dəxli var
    2 years ago
  • Natiq
    Salam.sualim beledi. Belke 6 ilden sonra masinimi satdim daha da masin almadim.bes 6 il erzinde yigilan utilizasiya pulunu nece elde etmek olar?
    2 years ago
  • Sahin
    Salam 40AZN niyə belə az heç olmasa maşının qarabaz qiymətinin 1% həcmində tutulsun çox gözəl fikirdi alqışlayıram...
    2 years ago
  • Fəxrəddin
    Bu açıq aydın soyğunçuluq dur.milləti soymaq üçün daha bir yol da tapdılar...
    2 years ago
  • Emin
    Yəqin diməy istiyirlər ki pulu olmuyannar maşın sürməsin heç olmasa məntiqli bir səbbəb gösdərəydilər
    2 years ago
  • Elnur
    amma en cox qeza eden masin pruslardi son zamanlar neyse verek gorek axri nece olur
    2 years ago