Bu sürücülərin dəhşətli əməlləri -   60 nəfər ölüb, 73 nəfər yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülərin dəhşətli əməlləri - 60 nəfər ölüb, 73 nəfər yaralanıb

Hadisə

09 Oktyabr 2025 09:22 365


Bu ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bu qəbildən olan sonuncu qəzada Qəbələ rayon sakini Elvin Qasımovun sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib. Sezar pizza

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır:

"Unutmayaq ki, fərdi məsuliyyətə biganə yanaşan şəxsin başqalarının həyatına da eyni tərzdə yanaşmayacağı sual altındadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!