Sürücülük vəsiqəsindəki yenilik barədə RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sürücülük vəsiqəsindəki yenilik barədə RƏSMİ AÇIQLAMA

Sosial

23 Avqust 2024 18:25 668


"Sürücülük vəsiqəsinə "eynək" işarəsinin vurulması yenilik deyil".

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib:

Dördpendirli pizza

"Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur.

Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir", - deyə M.Ağayev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!