“Sürünərək oxuyur, ona kadr demək mümkün deyil” - Professordan ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Sürünərək oxuyur, ona kadr demək mümkün deyil” - Professordan ETİRAZ

Sosial

30 Yanvar 2024 17:36 2544


Ötən il bəzi abituriyentlərin 150 balla tələbə adını qazanması birmənalı qarşılanmadı. Göstəricinin aşağı olduğunu əsas gətirən bəzi sosial şəbəkə iştirakçıları bunun gələcək üçün çox təhlükəli olduğunu iddia etdilər. 

İddialara görə, aşağı balla universitetə qəbul olanlar sessiya imtahanlarında da uğursuz nəticə əldə edirlər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bu iddialarla razılaşmayıb. O, bildirib ki, aşağı balla universitetə daxil olanlar sessiya imtahanlarında yüksək nəticə əldə edə bilir:  Toyuqlu pizza

"Sessiya başa çatır, sonuncu imtahanlar verilir. Nəticələr hələ tam ümumiləşməyib, amma ayrı-ayrı imtahanlarda hər tələbə fərqli nəticə göstərir. Bu, heç bir halda qəbul balları ilə tənzimlənmir. Bəzən yüksək balla qəbul olan tələbə ola bilər ki, çox zəif tələbə olsun, yaxud aşağı balla qəbul olan tələbə yaxşı nəticə göstərsin. Yəni düşdüyü mühitdən asılı olaraq, müəllim, fənn, məzmun, ixtisasın cazibəsi və sair məsələlər tələbələrin yüksək nəticə göstərməsinə təsir edir. Bunların hamısına normal baxıram, ikinci tendensiya bizim üçün daha ürəkaçandır". 

Professor 200-300 balla universitetə qəbul olan tələbələrin kadr kimi yetişə bilməməsi fikrinə də münasibət bildirib:

"Bu çox mübahisəli fikirdir. Doğru da ola bilər, yanlış da. Lakin düşdüyü mühit, tədris, ixtisas, müəllimlər, tədris metodikası, anlama, qavrayışla tamamilə yaxşı bir kadr da meydana gələ bilər. Təbii ki, bunun əksi də ola bilər. Zəif balla qəbul olan tələbə sürünərək oxuyur, həvəsi, çalışqanlığı olmur, heç ona kadr da demək mümkün deyil. Hər şey tədrisdən, tədrisin səviyyəsindən, metodikadan, tələbənin həvəs və çalışqanlığından asılıdır".

Nigar İlqarqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nemət
    Bünövrəsi möhkəm olmayan bina gec -tez dağılmalıdır
    2 years ago