“Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin daha da möhkəmləndiyi aydın görünür. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi bütün dünyada heyranlıqla izlənilirdi. “Azərbaycan tək deyil” bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradından bu günə qədər tarixi Zəfərin reallıqlarının təsdiqi və qəbul etdirilməsi istiqamətində dövlət başçısı İlham Əliyev ilə birgə atdığı addımlar bu gün də diqqətdən kənarda qalmır".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Pepperoni pizza
YAP Xətai rayon təşkilatının sədri bütün dövrlər üçün aktuallığını qoruyan informasiya mübarizəsinə, təbliğat işinin lazımi səviyyədə qurulması məsələsinə də xüsusi diqqət yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən sonra gündəmə gətirilən əsas məsələlərdən biri məhz iki qardaş ölkənin media sahəsində əlaqələrinin genişləndirilməsi, birgə media platformasının yaradılması oldu. Bu mühüm məqam Şuşa Bəyannaməsində öz əksini tapıb.
Vüqar Rəhimzadə məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Tarixə qısa baxış əsasında Prezident İlham Əliyev onu da bildirir ki, tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı, ölkələrimiz arasındakı əməkdaşlığın bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” demişdilər. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev isə “Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”” söyləyir.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsi, habelə bu sahədə strateji məqsədlərin olmasıdır. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı daha da dərinləşdirir.
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Şuşa Bəyannaməsində əksini tapan bütün müddəaların hər birində ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişafına yönələn çağırışlar öz əksini tapıb ki, bu da bütövlükdə gələcək barədə aydın təsəvvür yaradır.
Telegram kanalımız