Şuşa həbsxanasının son görüntüləri   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şuşa həbsxanasının son görüntüləri - Video

Maraqlı

02 İyul 2021 16:05 1266


Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verirlən məlumata görə, “Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.

Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirirmiş.  pizza sifarişi

Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına tikildiyi iddia edilir. Bu türmə tikilənə qədər məhkumlar Gəncə şəhərindəki həbsxanada saxlanılırmış və qohum-əqrabanın məhkumlara baş çəkməsinin çətinliyini nəzərə alan Xan qızı guya şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb. Əslində isə həqiqət başqadır. “Jurnalist araşdırması”nda bu iddialar araşdırılacaq, həqiqətlər ortaya çıxarılacaq.

Verilişdə Şuşa həbsxanasının keçmiş rəisi Aydın Abbasovun da fikirlərinə yer verilib. 

Bundan başqa, “Jurnalist araşdırması”nda uzun müddət erməni əsarətində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlanıldığı kameralar göstəriləcək. 

Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!