Şuşada keçirilən məlum konfransda iştirak etməyən ABŞ və Fransa səfirlərinin bölgəyə getməməsi böyük ajiotaja səbəb olub.
Bir sıra xarici ekspertlər bu məsələni yekun sülh müqaviləsinin imzalanmaması ilə yanaşı Şuşanın keçmiş DQMV ərazisi olduğunu iddia edərək ərazidə yaşayan ermənilərə xüsusi imtiyazların verilməsi üçün atılan addım kimi qiymətləndirib.
Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossla əlaqə saxlamağa çalışıb. Toyuqlu pizza
Cənab səfir isə Şuşaya səfər etməməsinin səbəbini sadəcə bir cümlə ilə açıqlamağı özünə rəva bildi:
“Mən hazırda Fransada məzuniyyətdəyəm, sizə uğurlar!”, - deyə səfir qeyd edib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız