Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
Rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub. Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib. Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis gəlib, araşdırma aparılır. Dominos pizza
Ona.az
Telegram kanalımız