“Şuşa terroru ilə bağlı Paşinyan açıqlama verməlidir” - Korotçenko

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa terroru ilə bağlı Paşinyan açıqlama verməlidir” - Korotçenko

Siyasət

13 Noyabr 2021 18:51 905


Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Şuşadakı mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə qoyan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu xəstəlik artıq yan fəsadları verir, bu kimi hücumlar gələcəkdə də baş verə bilər”, - ekspert vurğulayıb. Pepperoni pizza

O, erməni terrorçusunun Şuşaya Laçın dəhlizi vasitəsilə gəldiyini deyib:

“Burada pasport yoxlanışı aparmaq məsələsi yoluna qoyulmalı, Ermənistan vətəndaşlarının gəliş-gedişi barədə Azərbaycan tərəfinə məlumat verilməlidir”.

İ.Korotçenko məlum üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim etməsi üçün Ermənistana siyasi və iqtisadi vasitələrlə təzyiq göstərməyin vacibliyini diqqətə çatdırıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!