Şuşa və Xocavənddəki  mövqelərimiz atəşə tutuldu - MN açıqlama yaydı

Şuşa və Xocavənddəki mövqelərimiz atəşə tutuldu - MN açıqlama yaydı

Siyasət Veb saytların hazırlanması

07 İyun 2023 21:37 1682


İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!