General Volkovun gizlənməsinin səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

General Volkovun gizlənməsinin səbəbi bilindi

Siyasət

13 Dekabr 2022 14:38 17137


“Hazırda baş verən hadisələri Rusiya sülhməramlıları ilə yanaşı, separatçıların sonunun başlanğıcı adlandırıram. Çünki rus sülhməramlılarının bölgəyə gəldiyi gündən bu günə qədərki fəaliyyətsizlikləri nəticəsində aksiyalar baş verdi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Şuşa-Xankəndi yolunda artıq 1 gündən çoxdur ki, davam edən etiraz aksiyalarına münasibət bildirib: Dördpendirli pizza

“Üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinin humanitar məqsədlərlə istifadəsinə icazə verildiyi halda, sülhməramlılar orada qeyri-qanuni hərəkətlərə yol verdilər. Xüsusən, qeyri-qanuni birləşmələrin silahlandırılması və onların minalarla təchiz edilməsi. Səbrimizi daşıran sonuncu hadisə isə mineral ehtiyatlarımızın qanunsuz daşınması oldu. Xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının Dəmirçi və Qızılbulaq yataqlarına buraxılmaması artıq dövlətimizin, xalqımızın və ictimaiyyətimizin səbrini daşırmış oldu”.

E. Şıxəliyevin fikrincə, QHT nümayəndələrinin keçirdiyi tədbir nəticə etibarilə, qarşı tərəfdən gələn mesajlardan asılı olacaq:

“Aksiyanın müddəti sülhməramlılar və separatçıların yanaşmasından asılı olacaq. Təbii ki, bu, çox ciddi təsir mexanizmidir. Düşünmürəm ki, sülhməramlılar indiki tələblərimiz qarşısında fəaliyyətlərini olduğu kimi davam etdirsinlər. Əslində, “sülhməramlılar” dediyimiz Rusiyanın hərbi kontingentidir. Onlara siyasi direktivləri Rusiya Cənubi Hərbi Dairəsi verir”.

E. Şıxəliyev zənn edir ki, bölgədə ciddi dəyişikliklər baş verəcək:

“Xalqımız aksiyaya qoşulanları dəstəkləyir. Azərbaycanın strateji istəklərinə uyğun çox böyük dəyişikliklər yarana bilər. Proses buna görə başlayıb və bundan sonrakı mərhələdə baş verənlər qarşı tərəfin məsələyə adekvat reaksiyasından asılıdır”.

Digər hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev isə hesab edir ki, həyata keçirilən aksiyalarda ictimai fəalların tələbləri kifayət qədər aydındır:

“Ərazimizdə ekoloji terrora son qoyulsun, Andrey Volkov çıxıb baş verən proseslərlə bağlı sualları cavablandırsın. Niəyə görə azərbaycanlı ekoloqlar və digər dövlət rəsmiləri ermənilərin yaşadığı ərazilərdə getdikdə, ermənilər yolu bağlaya bilib və əraziyə buraxmayıb? Yaxud niyə ruslar onların qarşısına silah və texnika çıxmayıb, rəsmilərimizin Azərbaycan torpaqlarında fəaliyyətinə heç bir şərait yaratmayıbdılar?”

Həmsöhbətimiz bildirib ki, həmin ərazilərə rahatlıqla hamı keçir:

“Necə ola bilir ki, azərbaycanlı və türklərdən başqa Azərbaycan ərazilərinə ruslar hamını buraxır? Bu suallar Volkovu gözləyir, o da buna görə gizlənir. İndi ola bilsin ki, malalamaq üçün müxtəlif konfiqurasiyalı cavablar hazırlayırlar. Mənə elə gəlir ki, bu, Volkovun azərbaycanlıların verdiyi suallara məntiqi cavab verənə qədər davam edəcək.

Nəticə etibarilə, bu, müsbət bir addımdır. Bir daha həm erməni silahlılarına, həm də rus kontingentinin komandanlığına başa sala bildik ki, istədiyimiz müddətə qədər yolu bağlı saxlaya bilərik. Odur ki, birgə bəyanatın şərtlərini digər iki tərəf, Azərbaycanın yerinə yetirdiyi kimi, həyata keçirməlidir. O cümlədən bu, Zəngəzur dəhlizi və erməni silahlıların çıxarılmasına aiddir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!