“Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir” - Rusiya MN

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir” - Rusiya MN

Siyasət

15 Dekabr 2022 23:20 723


Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, - məlumatda deyilir. Dominos pizza

Nazirlikdən bildirilib ki, sülhməramlılar həmçinin ərazidəki otuz müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparırlar.

“Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”, - deyə nazirlik əlavə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!