Şuşanın qərargah bayrağı Masallıdadır - Video

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın qərargah bayrağı Masallıdadır - Video

Rəsmi

12 Oktyabr 2020 22:26 2547


Vaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan bayraq hazırda Masallı rayonunda qorunur.

Yenisabah.az xəbər verir ki, Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib.

Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir. pizza mizza

Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir. Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var.

Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur.

Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!