Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

Siyasət

04 Aprel 2022 17:05 583


“İki ilə yaxındır ki, torpaqlarımızın özünün əzəli və əbədi sahibinə qovuşmasının, ərazi bütövlüyümüzün  təmin edilməsinin sevincini yaşamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqi və qəbulu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır”. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib

O, deyib ki, bu gün dünya gücləri postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dəstəklərini göstərməyə hazır olduqlarını bildirir, onların təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri təşkil edilir, 10 noyabr 2020-ci il Bəyanatında əksini tapan müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulanır: Dominos pizza

“2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri deyilənlərin təsdiqidir. O da məlumdur ki, bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçiriləcək”. 

YAP Xətai rayon təşkilatının sədri bu mühüm tədbirin ardınca martın 31-də Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin də böyük siyasi və mənəvi əhəmiyyəti olduğunu bildirib: 

“Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Dövlət başçısı İlham Əliyevin həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin təbliği və təqdimatı oldu. 

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi də bu birliyin, həmrəyliyin təcəssümü, eyni zamanda, işğalçı Ermənistana, ona 30 ildən yaxın dövrdə və  hazırkı postmünaqişə mərhələsində havadarlıq edən dövlətlərə ciddi mesajdır. Bir daha sübut olundu Şuşa nəinki Azərbaycanın, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır.” 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!