“Şuşaya səfərdən imtina edən səfirliklər vaxtı ilə Qubaya da səfərdən imtina etmişdi”

saytların hazırlanması

Evə çatdırılma

“Şuşaya səfərdən imtina edən səfirliklər vaxtı ilə Qubaya da səfərdən imtina etmişdi”

Siyasət

27 Avqust 2022 20:22 1191


Məlum olduğu kimi, Fransa və ABŞ səfirlərininŞuşa səfərindən imtina etməsi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən sərt tənqid olundu.

Maraqlıdır, onların Azərbaycana qarşı aşkar sayğısızlığına rəsmi Bakının bu bəyanat xaricində  hansısa adekvat cavab verməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: Dördpendirli pizza

“Bu məsələ mənim yadıma Quba soyqırımı ilə bağlı bir məsələni yada saldı. Qubada soyqırımla əlaqədar 600 nəfərlik insan qalıqları tapanda və soyqırım abidəsinin açılışını edən zaman biz bütün səfirləri Qubaya dəvət etdik. Çox təəəssüf olsun ki, onda da bir sıra səfirlər, o cümlədən ABŞ və Fransa səfirləri Qubaya gəlmədi. Təbii ki, bütün bunlar ikili standartlardır.

Ümumiyətlə, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini bir çoxları həzm edə bilmir. Bu qələbədən sonra bizə qarşı böyük bir qısqanclıq yaranıb. Azərbaycan 44 günlük müharibədə elə bir şey etdi ki, bunu bəlkə də illərlə etmək mümkün deyildi. Bəzi dövlətlər bir az sərt mövqe sərgiləmək istəyir ki, Azərbaycan geri çəkilsin. Amma bu mümkün deyil. Azərbaycanın dövlət başçısı xalqı ilə birlikdə bu siyasəti aparır və bu siyasət millət tərəfindən dəstəklənir. Son günlər ordumuzun Laçına daxil olması, Laçın və ətraf kəndlərdə bayrağımızın yüksəlməsi artıq prinsipcə yeni siyasətin ortaya qoyulduğunu göstərir. Azərbaycanın bu uğurlarına sevinən kimi sevinməyənlər də mövcuddur. Ona görə də onlar Azərbaycana münasibətdə bu cür addımlar atırlar. Ancaq kim nə etsə də, Azərbaycan istəyinə nail olub və bundan sonra da nail olacaq.

Rəsmi olaraq Hikmət Hacıyev prezidentin köməkçisi kimi öz haqlı iradını və etirazını bildirdi. Mən rəsmi qaydada hansısa nota verməyi lazım bilmirəm. Düşünürəm ki, buna ehtiyac yoxdur.  Hikmət Hacıyevin mövqeyi faktiki olaraq elə hökumətimizin mövqeyidir və bu mövqe təqdirəlayiqdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!