KTMT-nin beşinci ölkəsi olan Ermənistan, təəssüf ki, hazırkı rəhbərliyi ilə təmsil olunmaqla, tam əks istiqamətdə hərəkət edir və Rusiya nöqteyi-nəzərindən Rusiya ilə Qərb arasında ekzistensial qarşıdurma kontekstində düşmən tərəfə keçir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya İqtisadiyyat Məktəbinin müəllimi Dmitri Suslov deyib.
Rusiyalı ekspertin fikrincə, KTMT ölkələri indi çox çətin vəziyyətdədir və olacaq, çünki Rusiya ilə Qərb arasında aktiv və açıq qarşıdurma, hibrid müharibə Ukraynada müharibə bitdikdən sonra da davam edəcək. Marqarita pizza
"Bütün bu müddət ərzində Qərb KTMT ölkələrinə, o cümlədən Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə onlardan istifadə etməyə çalışacaq", - deyə Suslov hesab edir.
Telegram kanalımız