Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dominos pizza
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
10:51
Şüvəlan qəsəbəsinin ərazisində qətl törədilib.
“Yeni Sabah” xəbər verir ki, fevralın 21-i saat 23 radələrində qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.
Lisenko saxlanılıb, rayon prokurorluğu araşdırma aparır.
Telegram kanalımız