Tacikistan təqaüd proqramı elan edilib

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan təqaüd proqramı elan edilib

Dünya

15 May 2019 15:58 1534


Tacikistanın Təhsil və Elm Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən “Yeni Sabah”a bildirilib ki, bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir.

Təqaüd proqramına iddiaçılar mayın 26-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. pizza

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqustunda veriləcəyi gözlənilir.

Təqaüd proqramı barədə daha ətraflı https://edu.gov.az/upload/file/ELAN/2019/05/teqaud-proqrami-Taciqistan.pdf linkdə tanış olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!