Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Xoroq şəhərində yerli xalq insan haqlarının pozulmasına qarşı etiraz aksiyası keçirir.
Yenisabah.az "AzadlıqRadiosu"nun tacik xidmətinə (Radioi Ozodi) istinadla xəbər verir ki, əraziyə tacik ordusunun cəlb edilməsindən sonra etirazçılara atəş açılıb, çoxlu sayda ölü və yaralı var.
Tacikistan hökuməti isə bölgədə "transmilli dəstək alan terrorçu qruplara qarşı əməliyyat keçirdiyini" iddia edir. Sezar pizza
Qeyd edək ki, Dağlıq Bədəxşan Muxtar Vilayəti ərazi cəhətdən Tacikistanın 45%-ni təşkil edir. DBMV əhalisinin böyük çoxluğu pamirlərdir. Pamirlər 1992-ci ildə birtərəfli şəkildə Dağlıq Bədəxşan Respublikasının müstəqilliyini elan edib və Tacikistan Vətəndaş Müharibəsində müxaliflərin yanında yer alıblar. 1997-ci ildə Rusiya ordusunun Dağlıq Bədəxşana hərbi müdaxilə etməsindən sonra müharibə başa çatıb və Dağlıq Bədəxşan Muxtar Vilayəti statusuna geri qaytarılıb.
Xatırladaq ki, vətəndaş müharibəsi dövründə Tacikistan hökuməti pamirlərə qarşı dəhşətli qətliamlar törədib və indiyə qədər də onları təqiblərə və polis zorakılığına məruz qoyub.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız