Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı pulun məbləğini açıqlayıb.
"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, 11 min manat yazdırdığını dilə gətirib:
"Söhbət Şəbnəmdən gedir. Ustad tələbəsinin ad gününə 11 min manat yazdırıb. Tələbə də ustadının oğlunun toyuna 15 min pul yazdırmışdı". Sezar pizza
Xatırladaq ki, Şəbnəm Tovuzlunun təmtəraqlı ad günündə 173 min manat pul yığılıb. Mərasimə ən çox pul yazdıranlar arasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimovanın adı var.
“Yeni Sabah” olaraq xatırladaq: Şəbnəm Tovuzlu verilişlərdən birində ad günü haqqında danışarkən belə demişdi:
“Ən çox pul yazdıran şəxs 10 min manat yazdırıb. Sənət dostlarım təxminən 2-3 min civarında pul veriblər. Ən çox pul yazdıran isə Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimova olub. 10 mini yazdıran isə sənət aləmindən olan biri deyildi”.
Telegram kanalımız