Müğənni Tacir Şahmalıoğlu "5/5" verilişinin qonağı olub.
"Yeni Sabah"ın məlumatına görə, Şahmalıoğlunun növbəti dəfə ata olmasından danışıb:
"Ömürcan qoyacam adını, 1 ay var dünyaya gəlməsinə. Cinayət etmişəm? Atam 76 yaşında evləndi, bir oğlu da oldu. Övladın nə ziyanı var? Dörd-beş arvad almaq lazımdır ki, uşağın çox olsun. Düz deyirəm, müsəlman dünyasının qanununda var" deyib. pizza hut
Müğənninin bu ifadələri sosial şəbəklərdə birmənalı qarşılanmayıb və çoxarvadlılığın təbliği səbəbilə tənqid edilib.
Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən müğənni bildirib ki, bu ifadəni ironiya ilə işlədib: " Əslində mən bu sözləri Zaura zarafatla demişəm. Belə də ki, indi bir arvadlı kişi qalıb ki...Hərəsinin iki-üç yerdə arvadı var. Əgər bir kişinin imkanı varsa, bütün xanımlarına eyni münasibəti bəsləyəcəksə, iki və ya üç arvad almasında qəbahətli bir şey görmürəm. Yox əgər arvad alıb saxlaya bilməyəcəksə, ondansa evlənməsin. Çox uşağa sahib olmaq istəyirsinizsə, çox arvad almaq lazımdır".
Əcəmi Əsədulla
Telegram kanalımız