Tağıyevin heykəlinin açılışı nə vaxt olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Tağıyevin heykəlinin açılışı nə vaxt olacaq?

Mədəniyyət

05 Fevral 2020 09:48 1149


“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramı günlərində olacaq. Bu vaxt hələ ki, dəyişməyib”.

“Yeni Sabah” xəbər verir ki, bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov yaxın günlərdə heykəlin tuncdan tökülməsi işlərinə başlanacağını bildirib: “Hələ ki, vaxtımız var. Elə böyük bir iş qalmayıb. Çalışacağıq ki, Novruz bayramına qədər heykəlin quraşdırılması yekunlaşsın”.  Dördpendirli pizza

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətinin Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Heykəl "İçərişəhər" metrostansiyasının qarşısında quraşdırılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!