Tahir Budaqovun səlahiyyətlərini   bu şəxs icra edir

saytların hazırlanması

Evə çatdırılma

Tahir Budaqovun səlahiyyətlərini bu şəxs icra edir

İqtisadiyyat

10 Fevral 2026 11:05 1790


Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hazırda quruma komitə sədrinin birinci müavini Vahab Məmmədov rəhbərlik edir.

O, sədr səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirir. Pepperoni pizza

Qeyd edək ki, V.Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub.

O, 2016-cı il fevralın 3-də Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 9-da imzaladığı sərəncama əsasən, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!