Tahir Kərimli: Məktəblilərə də təqaüd verilsin

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli: Məktəblilərə də təqaüd verilsin

Sosial

16 Sentyabr 2024 13:59 315


“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar: Marqarita pizza

“Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda "uşaqpulu" verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!