Tahir Kərimlinin partiyası VHP ilə birləşir? - “Təşəbbüs mənim olub“

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimlinin partiyası VHP ilə birləşir? - “Təşəbbüs mənim olub“

Siyasət

05 Aprel 2023 13:06 1028


Vəhdət Partiyasının sədri Tahir Kərimli partiyasının Vətəndaş Həmrəyliyi Partiyası ilə birləşəcəyi, bu barədə VHP-nin sədri Sabir Rüstəmxanlı ilə razılıq əldə edildiyi haqda yayılan məlumatlara aydınlıq gətirib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclis deputatı bu məsələnin hazırda aktual olmadığını deyib.

T. Kərimli bildirib: “Təxminən 2000-ci illərin əvvələrində Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyasının birləşməsi söhbəti olub. Komitələr, komissiyalar da yaranıb. Şəxsən mənim təşəbbüsüm olub, həm də “Vəhdət” adı qalmaqla, Sabir Rüstəmxanlının sədrliyi ilə vahid bir partiyada birləşək. pizza sifarişi

Çox sonralar bildim ki, içimizdə Vəhdəti parçalayan qüvvələr buna qəsdən imkan verməyib. Onlar komissiyaların üzvləri olublar. Bir neçəsi  müavinim idi.

Alınmadı. Bu məsələ o zaman alınmadığına görə təəssüf edirəm. İndi daha böyük partiya ola bilərdik. Ancaq hazırda Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyası arasında birləşmək barədə hər hansı söhbət, işarə olmayıb. Belə bir şey yoxdur. Əlbəttə, VHP-yə də, Sabir bəyə də böyük hörmətimiz var. Hələlik bu məsələ aktual deyil. Hər partiya özü müstəqil fəaliyyət göstərir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!