Tahir Salahovun qızı karantindən görüntülərini paylaşdı: “Bir-bir ölməyə başladılar” + Video

saytların hazırlanması

Evə çatdırılma

Tahir Salahovun qızı karantindən görüntülərini paylaşdı: “Bir-bir ölməyə başladılar” + Video

Mədəniyyət

16 Mart 2020 13:06 27476


Xalq rəssamı Tahir Salahovun koronavirusa görə karantinə alınan qızı Aydan Salahovadan xəbər var. 

Yenisabah.az xəbər verir ki, bir neçə gün öncə İtaliyadan qayıdarkən karantinə alınan heykəltəraş sosial şəbəkədən görüntülərini paylaşıb. 

O, insanları pandemiyaya qarşı ciddi olmağa səsləyib:  pizza hut

“Mənə elə gəlir ki, çoxları epidemiyanın, pandemiyanın nə olduğunu anlamır. Dövlət hansısa qanunlar qəbul edirsə, biz onlara  inanmalıyıq. İndi xəbərlərə qulaq asmaq və deyilənlərə əməl etmək lazımdır. Bunların hamısına İtaliyada şahid olmuşam. İtaliyanlar da bunu ciddiyə almır və ünsiyyətlərinə davam edirdilər, sonra isə bir-bir ölməyə başladılar. Əgər evdə otursaq, xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcəyik. Hamı karantindən qorxur, amma koronavirusdan qorxmur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!