Taksi sürücüləri işdən çıxa bilər – Fərid Pərdəşünas test etdi   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüləri işdən çıxa bilər – Fərid Pərdəşünas test etdi + VİDEO

Avto

06 Yanvar 2026 11:12 1614


Texnobloger Fərid Pərdəşünas “Amazon”un sürücüsüz taksi layihəsi “Zoox”u Las-Veqasda sınaqdan keçirib.

“Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə, bu, onun indiyə qədər yoxladığı ən uğurlu avtonom layihədir:

“Bu avtomobil olduqca kompaktdır (4 sərnişin daşıya bilir). 4 təkərin 4-ü də dönür, həm önə, həm də arxaya eyni sürətlə hərəkət edir. Avtomobilin vizual baxımdan da önü və arxası arasında fərq yoxdur. pizza mizza

Lidar və kameraları sayəsində 360 dərəcəlik, kor nöqtəsiz görüş bucağı var. Dar küçələrdə və çətin döngələrdə rahatlıqla vəziyyətdən çıxa bilir.

Bu cihaz gələcəyin şəhər nəqliyyatıdır. Həqiqətən ilk dəfədir bu qədər işə yarayan və "hayp" olmayan bir layihəni sınaqdan keçirdim.

Sınaq mərhələsində olduğu üçün heç bir ödəniş almadılar. Məni isə bir sual maraqlandırır: Niyə böyük şirkətlər təkidlə taksi sürücülərini aradan çıxarmaq istəyirlər?”

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!