Taksi sürücüsü sərnişini döyüb pullarını aldı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsü sərnişini döyüb pullarını aldı - Azərbaycanda

Hadisə

08 Oktyabr 2019 18:21 981


“102” Zəng Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

"Yeni Sabah" "Modern.az"a istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Marqarita pizza

 Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!