Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədiklərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır. Dördpendirli pizza
Telegram kanalımız