Tale Heydərov ayı kəsdirsəydi...

saytların hazırlanması

Evə çatdırılma

Tale Heydərov ayı kəsdirsəydi...

İdman

11 Aprel 2019 02:00 6320


“Qəbələ” Futbol klubunun prezidenti  Tale Heydərovun vəzifəsindən gözlənilməz istefası günün sensasion hadisələrindən biri oldu. 

“Yeni Sabah” xəbər verir ki, hələlik istefanın səbəbləri ilə bağlı rəsmi açıqlama yoxdur. Qeyri-rəsmi informasiya da yoxdur. Yalnız ehtimallar var ki, bunlardan da ən öndə gedəni siyasi səbəblərlə bağlıdır...

Amma Heydərovun istefası istinasız olaraq təkcə “Qəbələ” deyil, ölkə futbolu üçün itki kimi qiymətləndirilir. Əyalət komandasının 10 il ərzində ölkənin ilk üçlüyünə daxil olması Tale Heydərovun dəstəyi olmadan mümkünsüz olardı. Sezar pizza

İdman cameəsi də bu istefanın klub üçün böyük zərbə olacağını düşünür. Jurnalist İlkin Xəlilov deyir ki, "Qəbələ"nin yaxşı uşaq akademiyası, bazası, stadionları var. Və bu cür komandanın ləğv olunması, fəaliyyətini dayandırması orada görülən işlərə də, Azərbaycan futboluna da böyük zərbə olar: “Ora milyonlarla vəsait sərf olunub, insan əməyi var, nə qədər əziyyət çəkilib. Buna görə də akademiyada yetişən uşaqları, bizim gələcəyimizi məhv eləmək olmaz. Hansısa formada komandanı yaşatmaq lazımdır”.

Futbol mütəxəssisi Yunis Hüseynov da T. Heydərovun addımını “Qəbələ” üçün böyük zərbə olaraq dəyərləndirib: “Bölgələrdə onsuz da futbol yoxdur, bir tək "Qəbələ" qalmışdı, o da belə. Bir futbolçu kimi istəməzdim ki, "Qəbələ" komandası dağılsın. Çünki orada futbola aid hər şərait yaradılıb”.

Matc.az saytının rəhbəri İxtiyar Əsgərov isə Tale Heydərovun şəxsi keyfiyyətləri haqda danışıb. Onunla iki dəfə görüşdüyünü, xoş və mədəni təəssürat bağışladığını qeyd edir: “İntellektual səviyyəsi, insani keyfiyyətləri yüksək, günahından başqa heç nədən qorxmayan adam... O, danışdıqca göz önünə rüşvətxor məmurların harınlamış övladlarının hoqqaları gəlir. Və fikirləşirsən ki, Tale Heydərov da nazir oğludur. Gözünü açandan maddi problemi olmayıb. “Neujeli” bu adamın ağlından ayı başı kəsdirmək, şəhərin mərkəzində bahalı avtomobillərlə “avtoş”luq etmək, gününü dəbdəbəli restoranlarda eyş-işarətdə keçirmək keçməyib?

Bilmirik, bəlkə də kimsənin haqqına girib... Heydərov bu gün "Qəbələ"nin prezidenti postundan istefa verdi. Sabah harada çalışacağını bilmirik. Amma gedəcəyi yerdə onunla çalışacaq insanlar özlərini şanslı saya bilərlər”.

Doğrudan da, axı Azərbaycanda “nazir övladları necə olmalıdır?” sualının cavabı sadədir: Bir milyona ayını kəsdirib yeməlidir, samovarı dollarla qaynatmalıdır, 400 minlik toy etməlidir, “Qalenvagen”lə səkidə insanları xıncım-xıncım etməlidir, avtobus sürücüsünü təpiyinin altına salmalı və ya hanısısa rayonun mərkəzində “bu rayonda kişi yoxdur” deməlidir…

Nazir Kəmaləddin Heydərovla bağlı mediada kifayət qədər neqativ xəbərlərin olmasına baxmayaraq, ədalət naminə demək lazımdır ki, onun övladları Tale və Nicat heydərovların adları yuxarıda qeyd olunan şəkildə heç bir hadisədə hallanmayıb. Uğuru bəlkə də bundadır.

İstefanın  səbəbi isə gec-tez bəlli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!