Tale Heydərov niyə istefa verdi?

saytların hazırlanması

Evə çatdırılma

Tale Heydərov niyə istefa verdi?

İdman

10 Aprel 2019 23:01 2601


“Bu məlumat barədə məndə dəqiq açıqlama yoxdur. Amma istəmərəm Tale Heydərov istefa versin. Çünki “Qəbələ”nin gözəl futbol stadionu, məktəbi var.  Mənim ağdamlı “bala”larım da orada futbolu öyrənir.  Mənim “Qəbələ”yə böyük hörmətim var. Ümumiyyətlə region komandalarını dəstəkləyirəm”.

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Aqil Abbas Tale Heydərovun “Qəbələ” FK-nun prezidentliyindən istefasına münasibət bildirərkən deyib. O, “Qəbələ”nin AFFA-nın kurasiyasında keçməsi ilə bağlı səslənən fikirlərə belə cavab verib: “Bilirsiniz ki,  UEFA-nın da tələbləri var ki, klubun yüksək dəstədə çıxış etməsi üçün müəyyən büdcəsi olmalıdır. “Qəbələ”nin də büdcəsi azalsa, məcbur AFFA yardım edəcək bu kluba. 

O vaxt “Qarabağ”a qaçqın Ağdam camaatı pul ayırıb ayaqda saxladı. Sonra “Azərsun” sponsorluq etdi. Yəni Şəmkirdə, Tovuzda az imkanlı şəxs var ki, yerli klublarına maddi yardım etsinlər? Ölkə futbolunun inkişafını istəyiriksə, region futboluna əhəmiyyət verməliyik. Hər şeyi də AFFA-dan gözləmək olmaz”. Dördpendirli pizza

Əcəmi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!