Xəbər verdiyimiz kimi "Qəbələ" klubunda Tale Heydərovun prezident postundan istefa verməsindən sonra onun yerinə vitse-prezident Fariz Nəcəfov təyin olunub.
İdman yazarı Ceyhun Əliyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, F. Nəcəfov Tale Heydərova ən yaxın kadr idi və bu halda dəyişən idarəetmə yox, adlardır: "Sadəcə əl dəyişdi? Yox. Nəcəfov kim idi? Tale Heydərovun ən yaxın kadrı. Bəs, niyə istefa verdi? Cavab sadədir: büdcə azalacaq və “Qəbələ” iddiasını itirəcək. Tale Heydərov isə daim zirvə fəth edən kluba rəhbərlik edib. İndi isə “qırmızı-qaralar” enişə məhkumdurlar. Deməli, “sükan”ı vermək lazımdır.
İdarəetmədə heç nə dəyişmir, sadəcə, komanda enişə gedəndə Heydərovun adının hallanması arzuolunmazdır. Hər şey bu qədər sadədir". pizza sifarişi
C. Əliyev bildirib ki, Tale Heydərovun istefa səbəbi ortabab klubu çalışdırmaq istəməməsidir: "Heydərov ən yaxın kadrını həmin vəzifəyə təyin etdi. Özü ona görə istefa verdi ki, ortabab klubun prezidenti olmaq istəmir. İmicini korlamaq istəmir".
Naibə Məmmədova
Telegram kanalımız