“Tale Heydərovun istefası böyük itki olacaq” – Sabiq futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Tale Heydərovun istefası böyük itki olacaq” – Sabiq futbolçu

İdman

10 Aprel 2019 21:14 1138


Xəbər verdiyimiz kimi "Qəbələ"nin prezidenti Tale Heydərov vəzifəsindən istefa verib.

"Yeni Sabah" məsələylə bağlı futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrənib. Sabiq futbolçu bu addımı "Qəbələ" futbolu adına böyük zərbə olaraq dəyərləndirib:

"Bəlkə də, işlərinin çoxluğundan istefa verib. İstənilən halda, onun getməsi "Qəbələ" futbolu adına böyük itki olacaq. Bölgələrdə onsuz da futbol yoxdur, bir tək "Qəbələ" qalmışdı, o da belə. Bir futbolçu kimi istəməzdim ki, "Qəbələ" komandası dağılsın. Çünki orada futbola aid hər şərait yaradılıb". Pepperoni pizza

O, bundan sonrakı posta kimin gələcəyindən asılı olmayaraq, futbolun  bölgədə inkişaf etməsini istədiyini söyləyib: "Kim baxır baxsın, təki rayonlarda futbol olsun".

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!