Tale Heydərovun yerinə o təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Tale Heydərovun yerinə o təyin olundu

İdman

19 Aprel 2019 02:19 1577


Tale Heydərovun "Qəbələ" klubunun prezidenti vəzifəsindən istefasından sonra bu vəzifəyə Fariz Nəcəfov təyin olunub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

Fariz Nəcəfov təyinatla bağlı fikirlərini bildirib: “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!