“Taliban“ liderindən çağırış: “Yeni hökuməti tanıyın“

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ liderindən çağırış: “Yeni hökuməti tanıyın“

Dünya

30 Aprel 2022 10:30 460


"Taliban" lideri Hebətullah Axundzadə Fitr bayramı ərəfəsində göndərdiyi bəyanatda hazırkı hakimiyyətin beynəlxalq birlik tərəfindən tanınmasının vacibliyini vurğulayıb.

Yenisabah.az "Tolonews"a istinadla xəbər verir ki, o, "Taliban" hökumətinin qonşu ölkələr və bütün dünya ilə yaxşı münasibətlər qurmaq istədiyini bəyan edib.

Ümumən Mövləvi Hebatullah Axundzadə amnistiya fərmanına əməl olunması, qadınların hüquqları, narkotiklərlə mübarizə, ifadə azadlığı, Doha Memorandumu, ordunun formalaşdırılması və s. məsələlərlə bağlı 17 maddəlik bir bəyanat imzalayıb . pizza sifarişi

O, ​​qız məktəblərinin yenidən açılmasından bəhs etməsə də, ölkədə təhsil prosesini yaxşılaşdırmağa çalışacağını vurğulayıb.

"Taliban" lideri, həmçinin müxalifəti, siyasətçiləri və iş adamlarını ölkəyə qayıtmağa və Əfqanıstanın tərəqqisi üçün çalışmağa çağırıb, eyni zamanda, amnistiya fərmanına əməl olunmasını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!