Talıbovun tablosu

saytların hazırlanması

Evə çatdırılma

Talıbovun tablosu

Siyasət

24 Dekabr 2022 12:20 11184


Gəlin, Vasif Talıbovun əməllərini özündə əks etdirən tablosunu çəkək. Bura bir az da bu mübarək şəxsin təfəkkürünü əlavə etməyə çalışaq.

Dünyagörüşündən, həyat fəlsəfəsindən də nələrisə bu tabloya həkk edək. 62 illik həyatından yadda qalan anlara da işıq salaq. Natiqliyindən, dərin dərrakəsindən, sonsuz fantaziyalarından bəhrələnərək bu tablonu yaradaq. Əslində, cəsarətindən, humanizmindən, ədalətindən, sevgisindən də nələrinsə bu portretdə olmasını istərdim. Amma bu qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şeydir. O üzdən də belə bir arzudan vaz keçərək Vasif müəllimin dediyimiz istiqamətlər üzrə vizual görüntüsünü kətan üzərinə həkk edirik.

Tablomuz hazırdır. Kimə oxşayır sizcə? Tamamilə doğrudur. Bütün detallarına kimi Vasif Talıbov timsalında despot portreti ortaya çıxdı... pizza sifarişi

İnsanı insan edən onun vizual görüntüsü yox, əməlləri, davranışıdır. Vasif Talıbov istəməsə də, siyasət meydanını tərk etdi, balalarını gözüyaşlı buraxıb getdi. O Azərbaycan coğrafiyasında yeganə məmur idi ki, insanlara 19-ci əsri xatırlatmağı bacardı. Onları xanlıq dövrünə qaytardı. Özünə isə “Naxçıvan xanı” titulu ala bildi. Amma əməlləri nə Heydərqulu xanın, nə də Kərim xanın əməlləri ilə üst-üstə düşürdü. O, fərqli xan idi. Qalstuklu, kostyum geyinmiş, son model avtomobildə gəzən xan idi. Klassik XAN anlayışını yerlə bir edib, müasir xan qavrayışı yarada bilmişdi. Həm də 21-ci əsrdə. Amma biləsiniz: hər bir despot əvvəl-axır lətifə qəhrəmanı olur. Vasif Talıbov isə elə sağlığında da lətifə qəhrəmanına çevirilmişdi. Onun haqqında o qədər anektod var ki... “Sağlığında” yazdım, çünki despotlar hakimiyyəti itirdiyi gün ölürlər. Onların nəfəs alıb verməsi heç nəyi dəyişməz, biz zənn edərik ki, onlar yaşayır, amma elə deyil. Onlar üçün həmin gün işıqlı dünyanın son günüdür.

Gələk, Vasif Talıbovun yuxarıda çəkdiyimiz fotosuna. Axı o foto təkcə Vasif Talıbova oxşamır. Bir az diqqətlə baxsaq, Ramiz Mehdiyevə də bənzəyir. Əli Həsənovla elə bil bir almadır, yarı bölmüsən. Ziya Məmmədovun əkiz qardaşıdır sanki. Sifət cizgilərinə Əbülfəs Qarayevin gülüşü qonub. Gözləri Eldar Mahmudovun ac və mərhəmətsiz gözlərini xatırladır... 

Təkcə bunlar deyil. Mən o tabloda çox adamın cizgilərini görürəm. İndiki məmurların əksəriyyətinin oxşarlıqları var o şəkildə. Hakimiyyət, pul, şöhrət hərisliyinə tutulan bütün məmurlar bir fotoda toplanıb. İnkubator cücələri kimi bir-birinə bənzəyirlər. Cizgi filmi kadrları kimi, heç kadrları dəyişməyə də ehtiyac yoxdur. Sabit və vahid fotoda yüzlərlə sifət əks olunub.

Bəla həm də ondadır ki, bu adamların hakimi-mütləq olduğu zaman tutduqları əməllərdən hər kəsin xəbəri olur. Jurnalistlərin də, sadə adamların da... Elə götürək mədəniyyət naziri vəzifəsindən azad olunan Anar Kərimovu. O, vəzifəyə təyin olunduğu ilk gündən həm davranışı, həm də əməlləri ilə gündəmə gəldi. Biz də onun bu neqativ fəaliyyətindən yazmağa başladıq. Nə oldu? Onu qoruyan mələklər qismində aidiyyatlı ali qurumlar hərəkətə keçdilər: "STOP! Yazmaq olmaz, gənc nazirə şans vermək lazımdır". Sonrası hər kəsə bəllidir.

Mənim bu həyatdan öyrəndiyim bir dərs var: Heç kim ikinci şansa layiq deyil!

Hər bir məmura “Talıbovun tablosu”nu başı üzərindən asmağı məsləhət görürəm. O tabloya diqqətlə baxsınlar, özlərini görürlərsə çalışsınlar ki, bu qaranlıq tuneldən çıxsınlar. Özlərini, ailələrini uçuruma aparmasınlar, uşaqları Seymur Talıbov kimi ağlayaraq divlərin göz yaşı tökməsi səhnəsini nümayiş etdirməsinlər. Çünki onların heç biri Talıbovdan qüdrətli deyil. 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İsa
    son cümlədən başlayaq ,"qüdrətli " vaxtında bu tablonu niyə çızmadınız? və ya çəkdiyiniz adların hamısı "sabiq"lərdir , bu personalara oxşar haliyyədə vəzifədə olan yoxdurmu ? ya vaxt deyil?
    3 years ago